Birləşmiş Millətlər Təşkilatı (BMT) ötən il iqlim dəyişikliyi və iqtisadi böhranlar səbəbiylə dünyada ərzaq yardımına ehtiyacı olan insanların sayının 258 milyona yüksəldiyini bildirib.
HİT.az DW-yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş danışıb.
Antonio Quterreş 258 milyon rəqəmin “bəşəriyyətin aclığa son qoymaq, ərzaq təhlükəsizliyini təmin etmək və hamı üçün qidalanmanı yaxşılaşdırmaq iqtidarında olmamasına qarşı bir iddia" olduğunu bildirub.
BMT bu rəqəmin 2021-ci ildə 193 milyon olduğunu açıqlayıb. Qurumun məlumatlarında ərzaq təhlükəsizliyinin ən pis vəziyyətdə olduğu ölkələr Konqo Demokratik Respublikası, Efiopiya, Əfqanıstan, Nigeriya və Yəmən göstərilib. Dünyada aclıq çəkən insanların 40 faizi bu 5 ölkədə yaşayır. Hesabatda keçən il birbaşa aclıqdan ölmə riski altında olan insanların sayının 376 min nəfər olduğu bildirilir.
Samir