Dünyanın qarışdıran adam kralı həbsxanaya çağırdı

DÜNYA
21:45 / 05.05.2023
737

Böyük Britaniya həbsxanasında saxlanılan "WikiLeaks" portalının təsisçisi Culian Assanc kral III Çarlza məktub yazaraq, onu ziyarət etməyi xahiş edib. 

HİT.az xəbər verir ki, bu məlumatı onun həyat yoldaşı Stella Assanj "Twitter"də təsdiqləyib. Stella Assanj ərinin III Çarlza məktub yazaraq onu həbsxanada ziyarət etməsini xahiş etdiyinə dair xəbərlərə cavab olaraq "Bunu təsdiq edə bilərəm" deyib.

Bu barədə daha əvvəl "Evening Standard" qəzeti məlumat yayıb. 

Qeyd edək ki, Culian Assanj 2006-cı ildə məxfi sənədləri dərc etmək üçün qurulan "WikiLeaks" saytındakı işi ilə məşhurlaşıb. 2010-cu ildə sayt 2007-ci ildə Bağdadda ABŞ helikopterinin hücumundan sonra ən azı 18 mülki şəxsin necə öldürüldüyünü göstərən gizli hərbi kadrları yayımlayıb. 

2010-cu ildə sayt həmçinin ABŞ-ın 250.000 diplomatik sənədini dərc etməyə başlayıb. Assancı ABŞ-da 175 il həbs cəzası gözləyir. Orada 51 yaşlı avstraliyalı ölkə tarixinin ən böyük məxfi məlumat toplusunu açıqlamaqda ittiham olunub. Hazırda o, Böyük Britaniyadan ekstradisiya ilə bağlı qərardan AİHM-ə şikayət verməyə çalışır.

Samir

0