ABŞ doğulmamış uşağın beynində əməliyyat aparıldı - İlk dəfə 

DÜNYA
23:06 / 05.05.2023
611

Amerikalı cərrahlar tibb sahəsində yeni elmi ilkə imza atıb və doğmamış uşağın beynində ilk uğurlu intrauterin əməliyyat keçiriblər.

HİT.az "Science alert"ə istinadən xəbər verir ki, cərrahlar uşağın beynindəki problemli damarı emboliya edərək onu xilas ediblər. 

Bu, nadir anadangəlmə arteriovenoz malformasiya xəstəliyidir - arteriyalar və damarlar arasında qan dövranı sistemində şuntlar meydana gəldikdə, qan beyin maddəsinin kapilyar kanalını keçərək birbaşa venalara yüksək təzyiq altında axıdılır.

Hazırda balaca xəstə artıq 6 həftəlikdir. Əməliyyat uğurlu keçib. Uterusdakı dölün qişalarının qopması səbəbindən doğuş vaxtından əvvəl baş verməli idi, lakin bu, ana və körpəyə zərər verməyib.

"Biz şadıq ki, altı həftəlik körpə özünü əla hiss edir, heç bir dərman qəbul etmir, normal qidalanır, kökəlir və evə qayıdır. Beyinə hər hansı mənfi təsir əlaməti yoxdur", deyə cərrahlar bildirib.

Samir

0