Bakıda 18 yaşlı qızı oteldə döydülər

HADİSƏ
23:48 / 05.05.2023
583

Bakıda oteldə dava olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən oteldə qeydə alınıb.

Rəşad adlı şəxs 18 yaşlı qızı (K.V.) döyüb.

Hadisə ilə bağlı polisə məlumat verilib. 

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır. 

0