2016-cı il təvəllüdlü Fərid Bakarovun Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alaraq həyatını itirməsindən sonra təqsirləndirilən şəxsin anası da danışıb.
HİT.az xəbər verir ki, M.Xəlilovun anası "Kanal S"ə açıqlamasında 7 yaşlı övladını itirmiş valideyn qarşısında bəş əydini bildirib:
"Övladımdır, cinayət edib, mən bundan başqa nə deyə bilərəm? Mehman iki gün idi ki, İsraildən gəlmişdi. Avropa çempionatından qələbə ilə gəlmişdi. Videoya mən də baxmışam, mənə pis təsir elədi. Övladını itirən ana qarşısında baş əyirəm. Lazım olsa, mən övladımı ona qurban edərəm. Mən o videoya baxmışam. Mən oğlumu tanıya bilmədim. Oradakı adam mənim oğlum deyildi".