Bakıda bu məhsul kəskin ucuzlaşdı - 1 manata satılır

İQTİSADİYYAT
13:40 / 08.05.2023
1168

Bakıda gül kələminin qiyməti fantastik dərəcədə ucuzlaşıb.

HİT.az xəbər verir ki, aprel ayında bir kilosu 5-6 manata satılan gül kələminin qiyməti hazırda 0,8-1 manat arasındadır. Satıcılar bunun səbəbini gül kələmin Azərbaycanda yetişdirilməsi ilə izah edib.

Fermer Anar Abbasov HİT.az-a açıqlamasında bildirib ki, gül kələmi Azərbaycana başqa ölkələrdən gətirilirdi:

“Bu səbəbdən də baha satılırdı. İş adamları ona olan təlabatı biləndən sonra əksəriyyəti Azərbaycanda yetişdirməyə qərar verib. Hazırda kilosu 0,8-1 manat arasında satılır. Amma bir azdan bir kilosu 25-30 qəpiyə olacaq.

Azra

0