Ermənistana gələn ruslar özləri ilə 8 milyard dollara yaxın pul gətiriblər.
HİT.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.
Onun sözlərinə görə, Ermənistana 120 min rus, 11 minə yaxın rusiyalı gedib. "Onlar özləri ilə təxminən 8 milyard dollar gətiriblər. Bu məbləğin təxminən yarısı artıq ölkəmizdən çıxarılıb, qalanı çıxarılır. Bununla yanaşı, bankların kredit portfeli artıb ki, bu da onlara həm inşaatçılara, həm də gələcək ev alıcılarına yeni kreditlər verməyə imkan verib", deyə Baqratyan qeyd edib.
Bütün bunlara rəğmən Ermənistanda xalq, yoxsullaşmağa davam edir. O cümlədən, bu, pensiyaçılara (2018-ci illə müqayisədə 22% pis yaşayan) aiddir. Yoxsulluq 24,5%-dən 27%-ə yüksəlib.
Samir