"Kurtlar Vadisi" və "Eşkiya dünyaya hükümdar olmaz" seriallarından tanınan aktyor Turqay Tanülkü Azərbaycana gəlib.
HİT.az xəbər verir ki, aktyor Heydər Əliyev adına Beynəlxalq Hava Limanında media nümayəndələri ilə bir araya gəlib və sualları cavablandırıb.
"Azərbaycan xalqına zəlzələ zamanı bizə yardım etdiyi üçün təşəkkür edirəm. Sizinlə birlikdə olmaqdan qürur duyuram. Danışa bilmirəm, kövrəlirəm" deyə, aktyor bildirib.
Turqay Tanülkü daha sonra Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etmək üçün Fəxri Xiyabana yollanıb.