Manhetten federal münsiflər heyəti Donald Trampın 1996-cı ilin yazında lüks univermağın soyunub-geyinmə otağında E. Jean Karrollu cinsi istismara məruz qoyduğunu müəyyən edib və ona böhtana görə 5 milyon dollar təzminat kəsib.
HİT.az bu barədə CNN-ə istinadən xəbər verir.
Karroll, Trumpın "Bergdorf Goodman" univermağında onu zorladığını iddia edib. Sabiq prezident isə onun iddiasını rədd edərək, böhtan atdığını və kitabının satışını artırmaq üçün hekayə uydurduğunu detib.
Telekanalın məlumatına görə, münsiflər heyəti Trampın Karrollun razılığı olmadan ona toxunduğu qənaətinə gəlib, həmçinin yazıçının işdəki ifadələrini rədd edərək onu ləkələyib. Lakin münsiflər heyəti yazıçının zorlama iddialarını rədd edib.
Münsiflər heyəti Trampın cinsi zorakılığa görə 2 milyon, böhtana görə 3 milyon dollar təzminat ödəməsinə qərar verib.
Tramp məhkəmədə iştirak etməyib. Mülki iş üzrə hər hansı cavabdeh kimi, ondan məhkəməyə və ya hər hansı prosesə gəlmək tələb olunmayıb və öz müdafiəsi üçün ifadə verməmək hüququ olub.
Karroll hökmü onun və digər sui-istifadə qurbanlarının qələbəsi adlandırıb: "Mən adımı təmizləmək və həyatımı geri qaytarmaq üçün Donald Trampa qarşı bu iddia qaldırmışdım. Bu gün dünya nəhayət həqiqəti bilir. Bu qələbə təkcə mənim üçün deyil, əziyyət çəkən hər bir qadın üçündür”.
Samir