Türkiyə ilə Rusiya anlaşdı: 600 milyon dollar...

DÜNYA
17:19 / 10.05.2023
597

Türkiyə Rusiya ilə 600 milyon dollarlıq təbii qaz ödənişlərinin 2024-cü ilə qədər təxirə salınması barədə razılığa gəlib.

HİT.az xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb. 

Qeyd olunur ki, bu, ötən həftə elan olunmuş sövdələşmədə ilk belə gecikmədir.

"Rəsmi olaraq, 600 milyon dollarlıq ödəniş gələn ilə təxirə salınıb. Buna enerji qiymətlərinin artması böyük təsir göstərdi", deyə "Reuters" agentliyinə məsələ ilə bağlı məlumatlı mənbə bildirib.

Mənbə onu da bildirib ki, Türkiyə enerji qiymətlərinin dinamikasından asılı olaraq qarşıdakı aylarda digər belə ödənişləri də təxirə sala bilər.

Agentlik xatırladır ki, razılaşmaya əsasən, Türkiyənin 4 milyard dollara qədər enerji ödəməsi gələn ilə qədər təxirə salına bilər.

"Reuters"in məlumatına görə, Türkiyənin enerji idxalı ötən il rekord həddə çataraq, 100 milyard dollar olub və ümumi məbləğin 39%-i Rusiyadan idxalın payına düşüb.

Qeyd edək ki, bundan əvvəl Rusiya Türkiyəyə ötən il tədarük edilən qazın ödənişini müvəqqəti olaraq təxirə salmağa icazə vermişdi. 

Samir

0