İnterpoldan ilk: Öldürülən 22 qadının kimliyini müəyyən etmək üçün ictimaiyyətdən kömək istənildi

DÜNYA
20:33 / 10.05.2023
450

İnterpol ilk dəfə olaraq 1976-2019-cu illər arasında 3 müxtəlif ölkədə qətlə yetirilən, lakin kimliyi məlum olmayan 22 qadının şəxsiyyətini müəyyənləşdirmək üçün ictimaiyyətə müraciət edib.

HİT.az CNN-ə istinadən xəbər verir ki, mərkəzi Fransada yerləşən beynəlxalq polis təşkilatı olan İnterpol 1979-2019-cu illər arasında Hollandiya, Belçika və Almaniyada qətlə yetirilən, indiyədək şəxsiyyəti müəyyənləşməyən 22 qadın üçün yeni bir çığırış edib və ictimaiyyətdən kömək istəyib. 

İnterpol 22 qadının robot şəkillərini və hər qadının fiziki xüsusiyyətlərini, aksessuarlarını, geyimlərini və videolarını öz internet səhifəsində paylaşaraq, şəxsiyyətin müəyyən edilməsi üçün “Məni Tanı” əməliyyatına başlayıb.

Əməliyyatın təqdimat videosunda “Taxt oyunları" serialında rol alan aktrisa Karis van Houten, aktrisa Veerle Baetens, musiqiçilər S10 və Aksell Red, boks üzrə çempion Recina Halmiş və idman jurnalisti Katrin Müller-Hohensteyn yer alıb. 

Karis van Houten atanıtım kampaniyasında “22 qurbanın əksəriyyəti vəhşicəsinə öldürülüb, bəziləri isə ölməzdən əvvəl zorakılığa məruz qalıb və ya ac saxlanılıb. Qadınların kimlikləri hələ müəyyən edilməyib, çünki onlar öz ölkələrində deyillər. Ola bilsin ki, onların cəsədləri məhkəmə-tibbi ekspertizasına mane olmaq üçün bizim ölkələrə buraxılıb”, deyib.

Qətlə yetirilən qadınların bəzilərinin Şərqi Avropanın müəyyən bölgələrindən gəldiyindən şübhələnən İnterpol, şəxsiyyətin müəyyən edilməsinin qatillər haqqında dəlil ola biləcəyini vurğulayıb. Alman polisindən Anja Allendorf "Oxşar araşdırmalarda, qurbanın şəxsiyyətinin müəyyən edilməsi sonda şübhəlinin həbsinə səbəb olub", deyib.

Belçika polisi xüsusilə qadınların adlarını tapmaq istədiklərini vurğulayaraq, bunun bir çox müəmmalı qətllərin açılmasında əsas rol oynadığını bildirib.

Samir

0