NATO: "Çini hərbi təhlükə deyil, ittifaq üçün çağırışdır"

DÜNYA
13:49 / 11.05.2023
555

NATO komandanlığı Çini hərbi təhlükə deyil, ittifaq üçün çağırış kimi təsnif edir.

HİT.az xəbər verir ki, bu barədə NATO Hərbi Komitəsinin sədri Rob Bauer Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

"Biz Çini təhdid kimi yox, çağırış kimi qiymətləndiririk. Çinlə bağlı hərbi planlar da hazırlamırıq", deyə Baue bildirib.

Komandan əlavə edib ki, Alyans Rusiya Federasiyasını və beynəlxalq terrorizmi təhlükə hesab edir. Bununla bağlı hərbi komandanlıq sırf Rusiya və terrorçularla qarşıdurma olacağı təqdirdə planlar hazırlayır.

Onun sözlərinə görə, Alyansın bu cür mövqeyi Çin Xalq Respublikası ilə silahlı münaqişə zamanı ayrı-ayrı üzv ölkələrin silahlı qüvvələrinin komandanlığının strateji planlaşdırma ilə məşğul olmaması demək deyil.

Samir

0