Dünyanın müxtəlif ölkələrində davam edən daxili qarşıdurmalar və təbii fəlakətlər ucbatından didərgin düşmüş insanların sayı günü-gündən artır.
HİT.az xəbər verir ki, Norveç Qaçqınlar Şurasının (NRC) Daxili Köçürmə Mərkəzinin (IDMC) dərc etdiyi hesabata görə, 2022-ci ildə 71,1 milyon insan öz evindən didərgin düşüb.
Hesabatda bu rəqəmin bu günə qədər "ən yüksək" olduğu bildirilərkən, 2022-ci ildə evlərini tərk edənlərin əksəriyyətinin Ukrayna və Pakistanda olduğu qeyd edilib.
Hesabatda Ukraynada 17 milyon insanın müharibə səbəbiylə evlərindən didərgin düşdüyü, Pakistanda isə ötən il baş verən sel fəlakəti səbəbiylə 8 milyon insanın evlərini tərk etməli olduğu bildirilib. Köçürülmənin səbəbləri arasında Rusiya və Ukrayna arasında müharibə, Afrikada davam edən münaqişə və dünyadakı təbii fəlakətlər göstərilir.
Köçkünlərin Suriya başda olmaqla Ukrayna, Sudan, Əfqanıstan, Konqo Demokratik Respublikası, Kolumbiya, Efiopiya, Yəmən, Nigeriya və Somali kimi ölkələrdə olduğu bildirilib. 2021-ci ildə bu rəqəmin 38 milyon olduğu bildirilərkən, bu nisbətin 60 faiz artdığı qeyd edilib. Hesabatda Ukraynadakı müharibənin qlobal ərzaq böhranı yaratdığı və bu böhranın illər keçdikcə daha da artacağından narahat olduğu da bildirilib.
Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) verdiyi açıqlamada, Sudanda aprelin 15-də başlayan daxili qarşıdurmalar səbəbindən 700 mindən çox insanın evlərini tərk etmək məcburiyyətində qaldığı və sayın artacağlı ehtimal olunduğu bildirilir.
Samir