"Eurovision" yayımçıları Zelenskiyə finalda çıxış etmək icazəsi vermədi - "The Times"

MƏDƏNİYYƏT
09:52 / 12.05.2023
1095


BBC Yayım Korporasiyası və digər beynəlxalq yayımçılar Ukrayna prezidenti Volodimir Zelenskiyə "Eurovision" Mahnı Müsabiqəsinin finalında videomüraciət etmək imkanı verməkdən imtina edib.

HİT.az xəbər verir ki, bu barədə cümə axşamı axşam Avropa Yayım Birliyinə (EBU) istinadən "The Times" məlumat verib.

"Eurovision" Mahnı Müsabiqəsi yarandığı gündən müəyyən edilmiş ciddi qaydalar və prinsiplər çərçivəsində fəaliyyət göstərən beynəlxalq əyləncə şousudur. Onun təməl daşlarından biri tədbirin apolitik xarakter daşımasıdır", deyə deyə EBU nümayəndəsi bildirib. 

"Zelenskinin bütün təqdirəlayiq niyyətlərlə "Eurovision" Mahnı Müsabiqəsi tamaşaçılarına müraciət etmək xahişi təəssüf ki, təmin edilə bilməz, çünki bu, tədbirin qaydalarına zidd olardı”, deyə o əlavə edib.

Qəzet xatırladıb ki, bu, Zelenski ilk dəfə deyil böyük mədəni və ya idman tədbirləri zamanı video mesaj vermək imkanından məhrum edilir. Belə ki, mart ayında “Oskar” mükafatının təşkilatçıları Ukrayna prezidentinə mükafatlandırma mərasiminin tamaşaçıları və qonaqları qarşısında çıxış etməyə imkan verməyiblər. 2022-ci ilin dekabrında CNN bildirmişdi ki, FIFA Zelenskinin Qətərdə keçiriləcək dünya çempionatının finalının başlama fitindən əvvəl video mesaj göndərmək istəyini rədd edib.

"Eurovision" 2023 finalı mayın 13-də Liverpuldakı M&S Bank Arenada keçiriləcək. Final mərhələsində 26 ölkədən nümayəndələr iştirak edəcək: çərşənbə axşamı və cümə axşamı yarımfinal səddini keçən 20 ölkədən musiqiçilər, ev sahibi ölkə Böyük Britaniya, əvvəlki müsabiqənin qalibi Ukrayna və Böyük Dördlüyün nümayəndələri - Almaniya , İspaniya, İtaliya və Fransa.

Samir

0