Rihannanın oğlunun adı: RZA Athelston Mayers

MƏDƏNİYYƏT
11:06 / 12.05.2023
924

Dünyaca məşhur barbadoslu müğənni Rihannanın gizli saxladığı 1 yaşlı oğlunun adı nəhayət ortaya çıxıb.

HİT.az xəbər verir ki, Böyük Britaniyanın “Daily Mail” qəzeti müğənninin ASAP Rocky ilə münasibətindən dünyaya gələn oğlunun doğum şəhadətnaməsini taparaq adını açıqlayıb. 

Məlum olub ki, ASAP Rocky və Rihannanın oğlunun adı RZA Athelston Mayers imiş.

35 yaşlı müğənni oğlunun adı üçün məşhur hip-hop əfsanəsi Vu-Tanq Clanqdan ilhamlanıb. 

İllərdir musiqi studiyasında olmayan məşhur müğənni fevralın 12-də "Super Bowl"da səhnəyə çıxıb və ikinci dəfə hamilə olduğunu açıqlayıb.

Samir

0