Nəqliyyatda qiymət artımı, yoxsa difrensiallaşdırma? - Ekspertdən təklif

İQTİSADİYYAT
17:31 / 15.05.2023
543

Sərnişin daşıma ilə məşğul olan şirkətlər Baş nazirə müraciət etdikdən sonra ictimaiyyət arasında “bu gedişhaqqının artırılmasına səbəb ola bilərmi” deyə fikirlər dolaşır. 

Ekspertlər isə hesab edir ki, nəqliyyatda gedişhaqqı artırmaqdansa, ən optimal həll yolu qiymətlərin difrensiallaşdırılması olar. Belə olan halda sərnişindaşıyıcı şirkətlər və sərnişinlər arasında narazılıq yaranmaz. Bu hal dünya təcrübəsində geniş yayılıb. 

Bəs Azərbaycanda problem nədir?

HİT.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafa hesab edir ki, daşıyıcı şirkətlər bu prosesin iqtisadi qiymətləndirilməsindən narahatdır:

“Ola bilsin daha çox əhali yaxın məsafələrə gedir və onun ödədiyi vəsait də orta məsafə üçündür. Belə olan halda şirkətlər maddi cəhətdən bir az gəlir əldə etmiş olur. Bu təxminimdir. Lakin bu vəsait daşınma məsafəsinə görə müəyyən edilməlidir. Bu həm də ədalət prinsipinin də gözlənilməsidir”.

Yasin Mustafa hesab edir ki, iqtisadi islahat digər sahələrdə olduğu kimi, burada da öz təsirini göstərir.

Ona görə də bu nəqliyyat sahəsində qiymətlərə də təsir etməlidir:

“Məsələn, metrodan istifadə edərkən bir stansiya gedən ilə on stansiya gedən eyni gedişhaqqını ödəyir. Dünya təcrübəsində artıq belə hallar azdır”. 

Ekspert qeyd edib ki, Bakıda bu infrastrukturu yaratmağa elə bir ciddi çətinlik yoxdur:

“Sadəcə terminalları quraşdırmaqla məsələni həll eləmək olar. Məsələn, sərnişin nəqliyyat vasitəsinə minərkən kartını oxudur, bu zaman sərnişinin hansı dayanacaqdan mindiyi qeydə alınır. Enərkən də o kartını oxudur və neçə dayanacaq getdiyi qeyd olunur. Yəni burada çətinlik yaradacaq bir hal yoxdur”.

Aygün

0