"Afrika və Asiya ölkələri Rusiyanı tənqid etmir, çünki..." - Olaf Şolts

DÜNYA
22:22 / 15.05.2023
432

Almaniya kansleri Olaf Şolts Asiya və Afrikanın bir sıra ölkələri Qərb ölkələrinin ikili standartlarını pislədikləri üçün Rusiya Federasiyasını tənqid etməyə hazır deyillər. 

HİT.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Berlində keçirilən Qlobal Həllər Sammitində çıxışı zamanı kansler Şolts bildirib ki, Hindistan, Cənubi Afrika və ya Vyetnam kimi nüfuzlu ölkələr niyə “Rusiya Federasiyasını tənqid etməyə hazır deyillər”.

"Bu ölkələrin liderləri ilə söhbət edəndə çoxları məni əmin edir ki, onlar beynəlxalq nizamın fundamental prinsiplərini şübhə altına almırlar. Onlar bu prinsiplərin qeyri-bərabər tətbiqi ilə razılaşmırlar", deyə kansler deyib.

Şoltsun ​​sözlərinə görə, bu ölkələr bərabər rəftar və “Qərbin ikili standartlarına son qoyulmasını” istəyirlər.

"Səhv başa düşməyin. Mən demirəm ki, bütün bu ittihamlar haqlıdır", deyə Şolts qeyd edib.

Samir

0