Mebel şirkəti FHN-nə tabeli qurumu məhkəməyə verdi

İQTİSADİYYAT
19:39 / 15.05.2023
598

“Damla Mebel” MMC Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ Mədən Nəzarət Agentliyini məhkəməyə verib. 

HİT.az xəbər verir ki, şirkətin iddiasını Bakı İnzibati Məhkəməsinə təqdim edib. 

İddiaya hakim Günel Sevdimaliyevanın sədrliyi ilə baxılacaq. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri ilə bağlı mübahisələrdən ibarətdir. 

“Damla Mebel” MMC 31 oktyabr 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Şirkətin qanuni təmsilçisi Cavadov Rəşadət Ədalət oğludur. 

Anar

0