Borrell Aİ-ni Hindistana qarşı tədbir görməyə çağırdı

DÜNYA
10:05 / 16.05.2023
338

Avropa İttifaqı Rusiya Federasiyasından Avropada satış üçün nefti emal etdiyi iddia edilən Hindistana qarşı tədbir görməlidir. 

HİT.az xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Cosep Borrell "Financial Times" qəzetinə bildirib.

“Əgər dizel və ya benzin Rusiya neftindən istehsal olunursa və Avopaya Hindistandan gəlirsə, bu, şübhəsiz ki, sanksiyalardan yayınmadır və üzv ölkələr hərəkətə keçməlidir”, deyə Borrel bildirib.

Onun sözlərinə görə, G7 ölkələrinin Rusiya neftinə tətbiq etdiyi qiymət həddi ilə əlaqədar Hindistan daha ucuz xammaldan istifadə edə bilib:

"Hindistanın Rusiya neftini almasının eybi yoxdur... Amma əgər onlar Rusiya neftini emal edən və bizə əlavə məhsullar satan mərkəz kimi istifadə olunurlarsa, hərəkətə keçməliyik", deyə Borrell əlavə edib.

Bir sıra ölkələrin Rusiyadan tədarüklərə qarşı tətbiq etdiyi yanacaq sanksiyaları fevralın 5-dən qüvvəyə minib: Avropa İttifaqı Rusiya neft məhsullarının idxalına qadağa qoyub, Aİ və G7 ölkələri isə onlar üçün qiymət tavanı müəyyən edib. 

Samir

0