Ukraynaya uzaqmənzilli raketlər verilir? - Makrondan eyham

DÜNYA
14:22 / 16.05.2023
417

Fransa prezidenti Emmanuel Makron Ukraynaya uzaqmənzilli raketlərin verilməsinə eyham vurub. 

HİT.az xəbər verir ki, o, bu barədə TF1 kanalına müsahibəsində bildirib.

Makron Ukraynaya tədarük edilən silahların təfərrüatlarını açıqlamayıb, yalnız onların arasında uçuş məsafəsi “Ukraynaya müqavimət göstərməyə imkan verəcək” raketlərin olacağını qeyd edib.

O qeyd edib ki, keçmişdə artıq Ukraynaya xeyli silah-sursat, o cümlədən "Sezar" özüyeriyən artilleriya qurğuları, döyüş sursatları və zirehli maşınlar çatdırılıb.

"Biz Ukraynaya rus təcavüzkarına müqavimət göstərməkdə kömək edirik. Bu o deməkdir ki, biz Rusiya ərazisinə çata biləcək və ya Rusiyaya hücum edə biləcək silahları tədarük etmirik", deyə prezident qeyd edib.

Qeyd edək ki, mayın 11-də Böyük Britaniyanın Ukraynanı uzaqmənzilli “Storm Shadow” qanadlı raketləri ilə təchiz etdiyi məlum olub.

Ekspertlərin fikrincə, “Storm Shadow” uzaqmənzilli raketləri əks-hücum zamanı Ukrayna ordusuna kömək edəcək və Rusiyanın hava hücumundan müdafiə sistemi üçün problemə çevriləcək.

"Storm Shadow" uzun mənzilli qanadlı raketdir. Onun inkişafında Böyük Britaniya və Fransa birgə iştirak edirdilər. Bu raketlər dəqiqliyi təmin etmək üçün təkmil naviqasiya sistemi ilə təchiz edilib.

Samir

0