MKİ rus casusları işə dəvət edir - Yeni kampaniya

DÜNYA
14:08 / 16.05.2023
481

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) rusiyalı casusları cəlb etmək üçün fəaliyyətə başlayıb. Hədəf Ukraynadakı müharibədən və Rusiyadakı həyatdan narazı olan ruslaradır.

HİT.az CNN-ə istinadən xəbər verir ki, MKİ yeni "Telegram" kanalını işə salıb. Kanalda ilkin olaraq MKİ ilə anonim və təhlükəsiz əlaqə saxlamaqla bağlı təlimatları göstərən video yerləşdirilib. Video "YouTube", "Twitter", "Instagram" və "Facebook" kimi digər sosial media platformalarında da paylaşılır.

Layihədə iştirak edən Mərkəzi Kəşfiyyat İdarəsinin rəsmiləri bildiriblər ki, Rusiyanın Ukraynaya hücumu “rusların ABŞ-a lazım olan məlumatları çatdırmaq üçün” tarixi fürsət yaradıb. 

Bir məmurun sözlərinə görə, onlar çağırışının həssas sahələrdə çalışan və qiymətli məlumatlara çıxışı olan ruslar tərəfindən eşidiləcəyinə ümid etdikləri mesaj belədir: “Biz sizi, bəlkə də, düşündüyünüzdən də yaxşı başa düşürük”.

Adının açıqlanmasını istəməyən məmur bildirib ki, "Biz ruslara öz ana dilində onların nələr yaşadıqlarını bildiyimizi çatdırmaq istədik".

Samir

0