StressFreeCarRental.com komandasının mütəxəssisləri İslandiyanı romantik tətil üçün dünyanın ən yaxşı yeri adlandırıblar.
HİT.az "Exspress"ə istinadən xəbər verir ki, unikal təbiət mənzərələri ilə bu heyrətamiz şimal ölkəsi macəra axtaranlar üçün ideal məkan kimi reytinqdə birinci yeri tutub.
"Təsirli buzlaqları, şəlalələri və lava sahələrini kəşf etmək, eləcə də günü nəfəs kəsən Şimal İşıqları ilə keçirmək üçün sevdiyiniz insanla sehrli bir səyahət vəd edir. Turistlər həmçinin unikal romantik açıq hava təcrübəsi üçün Mavi Laquna gedə bilərlər", deyə məlumatda bildirilir.
Digər romantik istiqamətlər - İtaliyanın Venesiya və Fransanın Nitsa şəhərləri ikinci və üçüncü yerlərdə qərarlaşıb. Birinci halda, heyrətamiz memarlığı və çoxsaylı su kanalları ilə şəhər turistlərə romantik gəzintilər üçün ideal şərait təklif edir, ikinci halda isə sevgililər çimərlik tətili üçün ən yaxşı şəraitə malikdirlər.
Dünyanın ən romantik istirahət yerləri
1. İslandiya.
2. Venesiya (İtaliya).
3. Nitsa (Fransa).
4. Skay adası (Şotlandiya).
5. Hamilton adası (Avstraliya).
6. Nyu-York (ABŞ).
7. Sevilya (İspaniya).
Maraqlıdır ki, hamı tərəfindən qəbul edilən sevgi paytaxtı - Fransanın Paris şəhəri ilk 7-likdə özünə yer tapa bilməyib.
Samir