Hesablama Palatasına Aparat rəhbəri təyin olundu

ÖLKƏ
19:48 / 16.05.2023
409

Hesablama Palatasına yeni Aparat rəhbəri təyin edilib.

"Report" xəbər verir ki, bu vəzifə Tamerlan Yusifzadəyə həvalə olunub.

Qeyd edək ki, T.Yusifzadə bundan öncə Palatada Dövlət büdcəsi və strateji təhlil şöbəsinin müdiri vəzifəsində çalışıb.

Yanvar ayından bu vəzifə vakantdır. Əvvəllər Aparat rəhbəri Vüqar İbrahimov olub. O, bu ilin yanvar ayında Hesablama Palatasının auditor vəzifəsinə təyin edilib.

1