Ərini xəyanətdə ittaham etdi, başqa qadının adını sosial şəbəkədə yazdı və... - Məhkəmə işi

HADİSƏ
19:02 / 16.05.2023
656

Bakıda arvad ərini xəyanətdə günahlandırdığı üçün döyülüb.

HİT.az-ın məlumatına görə, 1989-cu il təvəllüdlü Lerik rayon sakini Hikmət (şərti) Binə qəsəbəsi Hövsan südçülük savxozunda həyat yoldaşı Zenfira (şərti) ilə aralarında mübahisə zamanı yumruqla döyüb. Nəticədə o, xanımının sağlamlığa qəsdən yüngül dərəcəli bədən xəsarəti yetirib.

Hikmət elan olunmuş ittihamda özünü təqsirli bilməyərək deyib ki, Zenfira mübahisəni sevən, davakar bir insandır. Onu hər dəfə xəyanətlə günahlandırıb. Zenfira hər dəfə onu Lalə (şərti) adlı qadına qısqanıb. Sonuncu dəfə Lalənin adını sosial şəbəkədə paylaşıb, ərindən əl çəkməsini istəyib və onu tanışlarının arasında utandırıb.

Lalə ailəli olduğu üçün yoldaşı buna əsəbləsib və Xəzər Rayon 3-cü Polis Şöbəsinə şikayət edib. O, həmin gecə anası, atası və Zenfira ilə Laləgilə gedib. Məqsədi barışıq yolu ilə Lalənin şikayətini geri götürməsinə nail olmaq olub. Onlar Lalədən dəfələrlə üzr istəyib. Bu zaman Zenfira anidən ona Lalə ilə münasibətinin olduğunu, ona xəyanət etdiyini deyib və evdən çıxaraq atasıgilə yollanıb. Hikmət yolda həyat yoldaşını saxlayaraq avtomobilə minməsini, azyaşlı uşaqla yol getməməsini xahiş edib. Bundan sonra Zenfiranı maşına məcburi mindirib və atasının evinə aparıb.

Zenfira isə izahatında bildirib ki, əri Hikmətin Lalə ilə yazışmasını tutduğundan onu qısqanıb və aralarında mübahidə yaranıb. Həmin xanımın adını da sosial şəbəkələrdə yazıb. Hikmət isə onu yumuruqla döyərək, atasının evinə qovub. Bu səbəbdən də əri barəsində ağır cəza təyin edilməsini məhkəmədən xahiş edib.

Məhkəmənin qərarı ilə Hikmət Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib və ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. O, bu müddət ərzində elektron qolbaqla gəzəcək.

Aydın

0