Polşa Mərkəzi Bankı ölkədə yüksək inflyasiyanın yaranmasında Rusiyanı və COVID-19 pandemiyası günahlandırıb.
HİT.az xəbər verir ki, Mərkəzi Bank binasının çöl hissəsindən asılan pankartda ölkədəki yüksək inflyasiyanın səbəbinin Ukraynada müharibəyə başlayan Rusiya və COVID-19 pandemiyası olduğunu bildirib. Afişada o da bildirilib ki, inflyasiyaya görə Mərkəzi Bankı və hökuməti qınamaq Kreml ritorikasıdır.
Mərkəzi Bankın rəhbəri Adam Qlapinski keçirdiyi mətbuat konfransında aprel ayı üçün inflyasiya səviyyəsini 14,7 faiz olaraq açıqlayıb. Qlapinski çıxışında "Kimsə yüksək inflyasiyaya etiraz etmək istəyirsə, Rusiya səfirliyinə, pandemiyanın Çindən qaynaqlandığını düşünürsə, Çin səfirliyinə getsin", deyib.
Qlapinski inflyasiyanın artmasının Polşa Mərkəzi Bankının yanlış siyasətlərindən qaynaqlandığına dair iddiaları cəfəngiyyat adlandırıb.
Samir