Macarıstan Ukraynaya yardıma mane olmağa davam edəcək - XİN rəhbəri

DÜNYA
18:06 / 17.05.2023
413

Xarici işlər naziri Peter Siyarto bildirib ki, Macarıstan Avropa İttifaqının Ukraynaya 500 milyon avro həcmində maliyyə yardımı tranşını bloklamaqda davam edəcək və Rusiyaya qarşı növbəti sanksiyaları dəstəkləməyəcək. 

HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" yazır.

Qərar, digər məsələlərlə yanaşı, Macarıstanın ən böyük kreditoru OTP Bankın Rusiyada biznes fəaliyyətini davam etdirən və müharibəni maliyyələşdirən şirkətlər siyahısına daxil edilməsi ilə bağlıdır.

“Ədalətlə demək lazımdır ki, bizdə kifayət qədər səbəb var... Mən açıq şəkildə bildirmək istəyirəm ki, Ukrayna OTP-ni müharibənin beynəlxalq sponsorları siyahısında saxladıqca, biz Avropa İttifaqından yeni iqtisadi və maliyyə yardımları tələb edən qərarları dəstəkləyə bilmərik. Eyni şey sanksiyalara da aiddir”, deyə Siyarto bildirib.

O, bir daha Ukraynanı öz ərazisində yaşayan etnik macarların hüquqlarını məhdudlaşdırmaqda ittiham edib və Rusiyadan Macarıstana neft daşıyan kəmərin partladılması ilə bağlı ölkə rəhbərliyinin guya müzakirələr aparması ilə bağlı kütləvi informasiya vasitələrində dərc olunan yazıları xatırladıb.

Samir

0