Deputatın şirkəti məhkəməyə müraciət etdi - Alqı-satqı mübahisəsi

İQTİSADİYYAT
18:55 / 17.05.2023
688

“Embawood” şirkəti ilə “Az vvooden” MMC arasında alqı-satqı müqaviləsi üzrə mübahisə yaranıb.

HİT.az-ın məlumatına görə, iş o yerə çatıb ki, “Embawood” şirkəti məhkəməyə müraciət etməli olub. 

Şirkətin iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatındadır. 

Məsələnin təfərrüatları barədə açıq mənbələrdə məlumat yoxdur.

"Embawood” şirkəti 1996-cı ildən fəaliyyət göstərir. 2002-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 3250 manatdır. Şirkətin qanuni təmsilçisi Abbasov Elşad İnşalla oğludur. 

Elşad Abbasov şirkətdə əsas pay sahiblərindən biridir. O, bir müddət "Embawood”un baş direktoru vəzifəsində çalışıb. 2016-c ildə bu vəzifədən istefa verib və şirkətin Müşahidə Şurasının sədri təyin edilib.

"Embawood” şirkətində əsas pay sahiblərindən biri də deputat Məşhur Məmmədovdur. Deputat haqqında bioqrafik məlumatlarda onun "Embawood” şirkətinin təsisçisi olduğu qeyd edilib. 

Məşhur Məmmədovla Elşad Abbasov həm də "Emba Finans” QSC-nin əsas səhmdarlarıdır. 

Məşhur Məmmədov 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 70 saylı Masallı şəhər seçki dairəsindən mandat qazanıb.

Anar

0