İşçinin əməkhaqqının gecikməsinə görə əlavə ödəniş ediləcək - QƏRAR

SOSİAL
20:48 / 18.05.2023
930

Konstitusiya Məhkəməsi işçiyə fərdi əmək mübahisəsi zamanı belə əməkhaqqının gecikməsinə görə ödəniş edilməsi halı ilə bağlı qərar qəbul edib.

"Report" xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi bununla bağlı Konstitusiya Məhkəməsinə müraciət edib və Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsini istəyib.

Qəbul olunan qərarda deyilir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş "hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir.

Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi,hüququnun pozulduğunu aşkar etdiyi gündən bir il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.

0