İngiltərədən 1 milyard funt-sterlinq çip investisiyası

DÜNYA
15:40 / 19.05.2023
470

Böyük Britaniya növbəti 10 il ərzində çip tədarükünü təmin etmək üçün 1 milyard funt-sterlinqlik investisiya planı və strategiyasını elan edib.

HİT.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Britaniya hökumətindən verilən açıqlamaya görə, ölkə Milli Yarımkeçirici Strategiyası ilə çip tədarükünü iki dəfə artırmağı planlaşdırır, eyni zamanda bu sahədə dizayn və tədqiqat səylərini artırır.

Hökumətin “qlobal elm və texnologiya supergücü” olmaq məqsədini həyata keçirmək üçün kritik bir addım kimi qiymətləndirilən plan, çip infrastrukturuna çıxışı yaxşılaşdırmaq, daha çox Ar-Ge fəaliyyətləri ilə məşğul olmaq və beynəlxalq təcrübəyə kömək etmək üçün növbəti 10 il ərzində 1 milyard funt-sterlinq sərmayəni nəzərdə tutur. 

Bu sərmayənin 200 milyon funt-sterlinqinin 2023-2025-ci illərdə həyata keçirilməsi gözlənilir.

Britaniya hökumətinin çip strategiyası baş nazir Rişi Sunak G7 liderlər sammitində iştirak etmək üçün Yaponiyada olarkən açıqlanıb.

Sammitdən əvvəl Böyük Britaniya və Yaponiya yarımkeçiricilər sektorunda elmi-tədqiqat və təkmilləşdirmə işlərini və təchizatı artırmaq üçün əməkdaşlıq etmək öhdəliyi götürüblər.

Dünyada hər il bir trilyondan çox yarımkeçirici istehsal olunsa da, 2030-cu ilə qədər qlobal yarımkeçirici bazarının həcminin 1 trilyon dollara çatacağı gözlənilir. Yarımkeçiricilər, süni intellekt, kvant və 6G kimi gələcək texnologiyaların əsasını qoyur.

Samir

0