Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ərəb Liqası Liderlərinin 32-ci Sammiti işə başlayıb. Suriya prezidenti Bəşər Əsədin 12 ildən sonra ilk dəfə iştirak etdiyi Ərəb Liqasının Sammitə Ukrayna prezidenti Volodimir Zelenski də qatılıb.
HİT.az xəbər verir ki, Zelenski buradakı çıxışında Ukraynanı, onun xalqını və Ukraynada yaşayan müsəlmanları müdafiə etməyə çağırıb.
"Ukraynalılar döyüşməyi seçməyib. Biz heç bir başqa ölkəyə hücum etməmişik. Biz təslim olmayacağıq və heç bir xarici işğalçıya təslim olmayacağıq. Torpaqlarımızı geri almaq üçün mübarizəmizi davam etdirəcəyik", deyə Ukrayna prezidenti bildirib.
Səudiyyə Ərəbistanına məhbus mübadiləsində vasitəçi roluna görə təşəkkürünü bildirən Zelenski ərəb turistlərin Rusiya işğalından azad olaraq ölkəsinə yenidən səfər edəcəyinə ümid etdiyini bildirib.
Ciddədə başlayan 32-ci Ərəb Liqası Liderlər Zirvə toplantısında Fələstin problemi və Suriya, Livan, Sudan və Yəmən kimi regional problemlərin müzakirə ediləcəyi gözlənilir.
Samir