Son günlər cənub bölgəsində yağan güclü yağışlar Lənkəran rayonunda yeddi kəndi birləşdirən 22 km-lik Hirkan-Daştatük- Biləsər yolunda sürüşmələrə səbəb olub.
Nəticədə asfalt örtüyü dağılıb, yolun bir hissəsi 40 sm çöküb.
“48 nömrəli yol istismarı” MMC-nin mühəndisi Natiq Cavadov bildirib ki, sözügedən yolda nəqliyyat vasitələrinin hərəkəti üçün qabaqlayıcı tədbirlər görülür: “Lakin bu, yolun tam təhlükəsizliyi üçün təminat vermir”. O əlavə edib ki, bu məqsədlə müvafiq qurumların mütəxəssisləri işə cəlb ediliblər.
Daha ətraflı Baku TV-nin süjetində: