Trampın daha bir sevgi hekayəsi üzə çıxdı: "Mənə 150 min dollar verdi" - FOTO

MAQAZİN
21:30 / 21.05.2023
799

ABŞ-ın 76 yaşlı keçmiş prezidenti Donald Trampın başı bu dəfə qısa müddət birlikdə olduğu iddia edilən keçmiş "Playboy" modeli Karen Makduqalla dərddədir.

Qaynarinfo xəbər berir ki, Makduqal Trampla münasibətlərinin təfərrüatlarını açıqlayıb. 52 yaşlı eks-model 2016-cı ildə ABŞ-da keçirilən seçkilər öncəsi münasibəti açıqlaması üçün Tramp cəbhəsindən ona verilən 150 min dollarlıq "susmaq payı"nı da qəbul etdiyini bildirib. 

Keçmiş prezident haqqında müsbət fikirlər söyləyən model "Tramp kobud ola bilər, amma çox mehriban olduğu anlarda da həssas insandır” deyib.

Makduqal sözlərinə belə davam edib: "Tramp evli olmasına baxmayaraq, 2006-cı ildə mənimlə 10 ay münasibətdə oldu. İlk dəfə bir araya gələndə mənə pul vermək istədi, amma onun təklifindən imtina etdim. Əslində biz bir-birimizi sevirdik. Zatən münasibətimizi də mən bitirdim. Aktyor Brüs Uillisə yaxınlaşdıqdan sonra onu tərk etdim".

Qeyd edək ki, bundan əvvəl Trampa qarşı porno aktyora partiya büdcəsindən "susmaq payı" ödəməsi ilə bağlı ittihamı var idi. Həmçinin Tramp, yazıçı Jean Carroll tərəfindən açılan cinsi qısnama iddiasında 5 milyon dollar təzminat cəzasına məhkum edilib.

0