Qobustanda dəhşətli qəza: 5 nəfər öldü - ADLAR/YENİLƏNİB

HADİSƏ
10:47 / 22.05.2023
524

Qobustanda yol qəzasında ölən şəxslərin adları açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan HİT.az-a bildirilib ki, bu gün səhər saatlarında Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində “KIA” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1990-ci il təvəllüdlü Məhərrəm Səmədov, 2000-ci il təvəllüdlü Əmrah Nuriyev, 1997-ci il təvəllüdlü Şəbnəm Səmədov, 2006-ci il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı vəfat edib. Xəsarət alan 1972-ci il təvəllüdlü Şölə  Nuriyeva isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib. 

Faktla bağlı araşdırma aparılır.

10.49

Qobustanda yol qəzasında 5 nəfər ölüb.

Bu barədə HİT.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, bu gün səhər saatlarında rayonun Cəngi qəsəbəsi ərazisində "KİA” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1-i azyaşlı olmaqla 5 nəfər vəfat edib. Xəsarət alan 1 nəfər isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

0