Küçələrdə yaşayan, zibildən yemək yeyən məşhur sima: "Məni bu vəziyyətə keçmiş ərim saldı" - FOTO

MAQAZİN
10:34 / 22.05.2023
967

Film sektorunda bir dönəmdə iz qoyan "Sahil Mühafizəsi" serial ulduzlarından Ceremi Ceksonun keçmiş həyat yoldaşı Loni Uillison küçələrdə yaşayır. Villison gecələr səkilərdə yatır. 2016-cı ildən evi olmayan məşhur sima onu izləyən müxbirə etiraflar edib və niyə belə həyat yaşadığının səbəbini açıqlayıb.

HİT.az xəbər verir ki, 2012-ci ildə Ceremi Ceksonla ailə quran Loni Uillisonun ərinin zorakılığına məruz qaldığı iddia edilmişdi. Tez-tez küsüb-barışan cütklük 2014-cü ildə evliliklərini bitiriblər.

Cütlük boşandıqdan sonra münasibətləri tamamilə kəsilib. Ceksonun keçmiş həyat yoldaşına kömək etmədiyi bildirilir. Loni Uillison bir müddətdir evsiz qalıb və Kaliforniyada küçələrdə yaşayır. O, səkkiz ildir ki, bu şəkildə həyat sürür.

Loni Uillison keçən həftə "X17 Online" saytının müxbiri ilə küçələrdə söhbət edib. Müxbir əslində bir çox həmkarının daha əvvəl Uillisona verdiyi sualı təkrarlayıb: "Həyatınızın səhv getməyə başladığı yer haradır?".

Uillison keçmiş həyat yoldaşı haqqında “Məni bu vəziyyətə gətirmək üçün hər şeyi etdi”, deyib.

Müxbir ondan niyə evsizlər sığınacağına getmədiyini soruşduqda Villison daha maraqlı cavab verib. Artıq qapalı yerlərdə yaşaya bilməyəcəyini bildirən Loni "Çünki bir il ərzində biri demək olar ki, hər gün bədənimə elektrik verirdi", deyib.

Müxbirin "evsiz qalmağın yaxşı tərəfi nədir" sualına isə Uillison "Məncə, təbiətlə birlikdə olmaq daha yaxşıdır" cavabını verib.

Samir

0