Fəlakətə səbəb olacaqdı, yaxalandı - Qarnından 11 milyon yumurta çıxdı - FOTO

MARAQLI
13:37 / 22.05.2023
696

ABŞ-ın Oklahoma ştatında tutulan nəhəng balıq dünyanın gündəminə çevrilib. 

Son günlərin ən maraqlı görüntüləri Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatında qeydə alınıb. 

HİT.az xəbər verir ki, Brayan Beyker tərəfindən tutulan nəhəng balıq dünyaya səs salıb. Böyük Çeroki gölündə tutulan balıq sayəsində bölgənin ekosistemi fəlakətdən xilas olub.

ABŞ-da "yadplanetli balıq" kimi tanınan sazan balığının çəkisi 53 kiloqramdır. Müayinələr nəticəsində balığın qarnından 11 milyon ədəd yumurtanın çıxdığı bildirilib. Səlahiyyətlilər bildirib ki, balıq bir yolla çoxalmağı bacarsaydı, bu, fəlakət ola bilərdi.

Balığı tutan tutan Brayan Baker isə deyib: "Bu, əvvəllər tutduğum heç bir şeyə bənzəmirdi. O qədər güclü idi ki, onu 7 dəqiqə qayığa çəkməyə çalışdım, səthə yaxınlaşanda gözlərimə inanmadım".

Beynəlxalq Ov Balıqları Assosiasiyasının (IGFA) məlumatına görə, 2005-ci ildə tutulan ən ağır balıq 40 kiloqram ağırlığında olub. Bakerin tutduğu balıq illər sonra rekord qırıb.

Missuri Dövlət Universitetinin professoru Quinton Felps "Mən on minlərlə şirin su balığı tutmuşam və bu, şəxsən gördüyüm ən böyük şirin su balığıdır. Əvvəlcə saxta görünürdü, amma elə deyil", deyə bildirib.

Hesablamalara görə, bu balığın təxminən 40 yaşı var və kürü tökə bilsəydi, təxminən 11 000 yeni sazan olacaqdı. Bu yumurtaların böyüməsi ilə bölgənin ekosisteminin təhlükə altına düşəcəkdi.

Samir

0