Prokurorluq Şəkidə orta məktəbdə zəhərlənmə faktını araşdırır

HADİSƏ
15:50 / 23.05.2023
583

Şəki rayonu, Qudula kənd tam orta məktəbində 27 nəfər şəxsin - 24 şagird və 3 müəllimin zəhərlənməsi faktı üzrə Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə HİT.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, zəhərlənmənin səbəbinin müəyyən olunması məqsədilə zəruri nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib, eləcə də araşdırma üzrə əhəmiyyət kəsb edən digər hərəkətlər aparılıb.

Hazırda araşdırma davam etdirilir.

0