Blinken sudanlı generalları hədələdi

DÜNYA
21:34 / 23.05.2023
372

ABŞ dövlət katibi Entoni Blinken sudanlı generalların yekun atəşkəsə əməl etmədikləri təqdirdə sanksiyalarla üzləşəcəkləri barədə xəbərdarlıq edib.

HİT.az xəbər verir ki, ABŞ səfirliyinin sosial media hesabında yayımladığı videoda Blinken atəşkəs qərarına baxmayaraq, Sudanın paytaxtı Xartum və şimaldakı bir şəhərdə qarşıdurmaların davam etdiyinə dair xəbərlərin olduğunu ifadə edərək, sözügedən toqquşmaları “faciəli, mənasız, dağıdıcı” olaraq xarakterizə edib. 

Sudanlı generallara atəşkəsə əməl etmədikləri təqdirdə tətbiq oluna biləcək sanksiyalarla bağlı xəbərdarlıq edən Blinken atəşkəsin təmin edilməsi üçün ABŞ tərəfindən dəstəklənən, döyüşən tərəflərdən, həmçinin ABŞ və Səudiyyə Ərəbistanının hər birindən 3 nümayəndədən ibarət 12 nəfərlik komitənin qurulduğunu, komitənin öz vəzifəsini uzaqdan yerinə yetirəcəyini bildirib.

Nəzarət komitəsi sayəsində atəşkəsin pozulduğu təqdirdə onlara məlumat veriləcəyini vurğulayan Blinken “Atəşkəs prosesini asanlaşdırdıq, lakin bunu həyata keçirmək Sudan Silahlı Qüvvələri və Sürətli Dəstək Qüvvələrinin (HDK) üzərinə düşür", deyib.

Aprelin ortalarından ordu ilə HDK arasında qarşıdurma yaşanan Sudanda bölgəyə humanitar yardımın çatdırılması, münaqişə nəticəsində zədələnmiş əsas xidmətlərin və infrastrukturun bərpasına yönəlmiş atəşkəs mayın 22-nə keçən gecə qüvvəyə minib. 

Samir

0