Diviziya komandirinin məhkəməsi başlayır - Nədə ittiham olunur?

HADİSƏ
19:23 / 23.05.2023
778

30 il əvvəl paytaxtın Nərimanov rayonu ərazisində qətl törətməkdə ittiham edilən Nazim Bayramovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

HİT.az xəbər verir ki, cinayət işi üzrə materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Cinayət işi hakim Camal Ramazanovun icraatındadır. Məhkəmənin hazırlıq iclası iyunun 2-nə təyin edilib.

Qətl hadisəsi 26 noyabr 1993-cü ildə baş verib. Prokurorluq və daxili işlər orqanları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Nazim Bayramovun həmin gün iş yoldaşı Fikrət İbrahimovun yaşadığı evə gələrək ona odlu silahdan 2 dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Toplanmış sübutlar əsasında Nazim Bayramova 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndi ilə (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) ittiham irəli sürülüb.

Nazim Bayramov Birinci Qarabağ müharibəsində diviziya komandiri olub. Cəmiyyətdə veteran hərbçi və hərbi ekspert kimi də tanınıb. O, Vətən müharibəsində veteranlardan təşkil edilmiş dəstədə də iştirak edib.

Anar

0