Nazir müavinin oğlunun şirkəti məhkəməyə müraciət etdi

İQTİSADİYYAT
21:17 / 23.05.2023
400

"Technoil” MMC ilə "Azlənd Plaza” MMC arasında alqı-satqı müqaviləsi üzrə mübahisələr yaranıb.

Qaynarinfo xəbər verir ki, bu mübahisələrdən dolayı "Technoil” MMC məhkəməyə müraciət edib. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. 

"Technoil” MMC 10 mart 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 11 688 495 AZN olan şirkətin qanuni təmsilçisi Zeynalova Rumadə Ağabəy qızıdır. Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin oğlu Elvin Hacıyev isə şirkətin həmtəsisçilərindən biridir.

Elvin Hacıyev müsahibələrinin birində bildirib ki, "Technoil” MMC ailəsindən gələn layihədir: "Restoran biznesi mənim öz təşəbbüsüm ilə formalaşıb, ancaq "Babylon Agro" və "Technoil" bizim ailədən gələn layihələrdir. "Tecnoil"da sadəcə biz iştirak etmirik, tərəflərdən biriyik. Onun yaranması devalvasiyadan sonrakı dövrdə ölkədə xarici valyutanı saxlamaq, idxaldan asılılığı azaltmaq və idxal yönlü məhsulların yerli analoqlarının yaranması məsələrinin aktual olduğu bir dövrə təsadüf etdi. Bir növ bu çağırışa öz töhfəmizi vermək məqsədilə belə bir layihəni başlatdıq”.

"Azlənd Palaza” MMC 2 fevral 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 110 AZN, qanuni təmsilçisi isə Tağıyev Bəhruz Qabil oğludur.

Şirkət sərnişindaşıma xidməti göstərir və 2022-ci ildə qəza ilə gündəmə gəlib. Bakı Nəqliyyat Agentliyinin yaydığı açıqlamadan məlum olur ki, hadisə səhər saatlarında Bakının Suraxanı rayonu ərazisində baş verib. Marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti göstərən "Bus Trans” MMC, "Transkontrol” MMC və "Azlənd Plaza” MMC-yə məxsus avtobuslar toqquşub. "Azlənd Plaza” MMC müvəqqəti istismarında olan 217 nömrəli marşrutun sürücüsü xəsarət alıb”.

 

0