Şahzadənin toyu 400 dronla qeyd olundu - FOTO

MARAQLI
14:50 / 24.05.2023
584

İordaniyada vəliəhd şahzadə Hüseyn bin Abdullanın toyu və Müstəqillik Günü ilə bağlı göz qamaşdıran şou nümayiş etdirilib.

HİT.az xəbər verir ki, İordaniyada 77-ci Müstəqillik Günü və vəliəhd şahzadə Hüseyn bin Abdullahın toyu mərasimi qeyd olunub. Dünən gecə Əl Abdali rayonunda baş tutan şənlikdə Müstəqillik Günü və şahzadənin toyunu qeyd etmək üçün 400 pilotsuz təyyarə səmada gözqamaşdırıcı şou göstərib. Dronlar 15 dəqiqə səmada olub. 

Şahzadə Hüseyn və onun Səudiyyə Ərəbistanından olan nişanlısı Racva Al Seif iyunda nikah masasına əyləşəcəklər.

Samir

0