Bəstəkar, müğənni Sivvanın (Sevinc Ağasıyeva) "Bu sənmisən" adlı klipi böyük müzakirələrə səbəb olub.
HİT.az xəbər verir ki, mahnının sözləri və musiqisi İsmayıl Əliyev, aranjimanı Camal Qurbanova, klipin rejissor işi Emin Muradova məxsusdur.
Klipdə diqqət çəkən məqam Sivvanın rəqsidir. Müğənni bu rəqsə qısa zamanda hazırlaşdığını deyib:
“1 ay ərzində iki xareoqrafla çalışdım. İlk dəfədir başqa bəstəkardan mahnı götürdüm. Oxuyanda hiss etdim ki, bəstəyə aşiqəm. Dinləyəndə artıq rəqs təsəvvürümdə yaranmışdı. Bunun üçün peşəkar ayaqqabı da aldıq. Amma yağışda onunla rəqs etmək çətin idi. Səhərə qədər tərəf müqabilim Kamil Bayramovla suyun altında qaldıq, soyuqdan əsirdik, ayağım sürüşürdü. Amma nəticə yaxşı oldu”.
Müğənni klipdə ehtirasla yanaşı sevgi, göz yaşı da olduğunu bildirib:
"Klipdə qadınlara mesaj göndərirəm, dedim ki, emosiyalarına qalib gəlib, hisslərini idarə etsinlər”.
Azra