“Övladınızın gələcəkdə peşəkar uzman həkim olmasını istəyirsinizsə...” - Fuad Hacıyev

ÖLKƏ
17:18 / 25.05.2023
513

“Türkiyənin bir çox Universitesinin” Azərbaycan nümayəndəsi Fuad Hacıyev HİT.Az-a müsahibə verib. O, Türkiyədə tibb üzrə təhsil almağın real və leqal yollarını açıqlayıb:

- Attestatla Türkiyə universitetlərində tibb təhsili almaq mümkündürmü?
- Bəli, attestatla tibb təhsili üçün qəbul almaq mümkündür. Bu proses dövlətlərin xarici vətəndaşlara təklif elədiyi bir imkandır. Eyni zamanda Azərbaycan tibb universitetinə də xarici vətəndaşlar eyni qaydada qəbul ala bilillər.

- Bəs bu proses leqaldırmi?
Attestatla təhsil tam leqaldır. Dediyim kimi, qəbulun alındığından 100 % əmin olmaq lazımdır. Bəzən olur ki, insanlara qəbul sənədi verilir, ancaq bu sənədin əsası olmur. Diqqətli olmaq lazımdır. Bəzi insanlar deyir ki, tibb fakültəsinə qəbul oldum, ancaq düz çıxmadı. Bunun üçün universitetlərin bir başa təmsilçiləri ilə müqavilə bağlamaq, onların sizin üçün qəbul almasına çalışmaq lazımdır.

- Azərbaycanlı tələbələr tibb təhsili almaq üçün hansı universitetlərə üstünlük verir?
- Son illər azərbaycanlı tələbələr daha çox Türkiyə universitetlərinə müraciət edirlər. Bu seçimlər arasında dövlət və özəl (vaqıf) universitetləri var. Dövlət universitetlərindən daha çox özəl universitetləri seçənlərin təhsil və karyera planlaması daha asan olur çünki, bu univeristetlərə qəbul daha asandır və təhsil səviyyəsi çox yüksəkdir. Sadə məntiqlə desək biz 2,3 il hazırlaşıb hər hansı bir dpvlət universitetinə qəbul olmaq üçün YÖS sınav sonucunu gözləyirik. Ondan sonra bu prosesin davamı olaraq universitetlərə müraciət edirik və nəticədə hansı universitetin bizi seçəcəyini öncədən müəyyən edə bilmirik. Ancaq özəl universitetlərdə bu uzun prosedurlardan keçmək lazım olmur və biz qısa müddət ərzində universitet tələbəsi oluruq.

- Bəs sözügedən diplomlar Azərbaycanda tanınırmı?
- Türkiyənin YÖK (Yükseköğretim Kurulu) tərəfindən onaylı istənilən dövlət və özəl üniversitetinin diplomu Azərbaycanda tanınır. Söhbət əyani təhsildən gedir. Heç bir xəstəxana və ya hansısa dövlət qurumu diplomun tanınmadığını iddia edə bilməz. Sadəcə qiyabi təhsilin diplomları hazırda tanınmır. Onsuz da tibb təhsilini qiyabi oxumaq həm məntiqli deyil, həm də mümkünsüzdür. Əgər bir insan tibb uzmanı olmaq istəyirsə, necə qiyabi təhsil ala bilər? Ona insan həyatı əmanət edilir.

- Tibb sahəsində çalışmaq üçün elə bir ixtisas varmı ki, qiyabi oxumaq mümkün olsun?
- Səhiyyənin idarəolunması ixtisası var. Dediyim kimi hələ ki qiyabi təhsilin diplomu bütün dünyada tanınsa da ölkəmizdə tanınmır.

- Tibb təhsili necə ildir?
- Tibb təhsili 6 illik təhsildir. Ancaq stomatologiya ixtisası 5 illik təhsildir. Tələbənin dil bilgisindən asılı olaraq bu təhsil 1 il dil hazırlığı səbəbindən uzadıla bilər.

- Universitet seçimi zamanı tələbələr hansı məsləhətləri verərdiz?
- Demək olar ki, Türkiyənin əksər universitetlərində tibb ixtisası var. Ancaq mən onlara məsləhət görərdim ki, xəstəxana universitetlərinə yəni, özünün xəstəxanası olan universitetlərə üstünlük versinlər. Çünki, belə üniversitetlərdə onlar daha çox praktika keçmiş olurlar, daha çox şey öyrənirlər. Bundan başka universitetin müəllim heyətindən tutmuş yerləşməsinə kimi hamısı vacib faktordu.

- Bu sahədə əməkdaşlıq etdiyiniz universitet varmı?
- Bu yaxınlarda biz Türkiyənin Loğman Həkim Universiteti ilə anlaşmaya vardıq. Ankarada yerləşir, xəstəxana universitetidir. Gənc olmağına baxmayaraq böyük prespektivlər vədd edən universitetdir. Müəllim heyətinin əksəriyəti Amerika Birləşmiş Ştatlarında təhsil almış həkimlərdir. Son zamanlar tələbələrimizi bu universitetə yönləndiririk. Çünki, bizim vasitəmizlə qəbul almaq çox asadır. Eyni zamanda tələbələrin təhsil prosesini izləmə imkanımız olur. Texniki də olsa, müəyyən köməkliklər etmə şansımız olur. Hazırda Loğman Həkim Universitetinə tibb təhsili üzrə qəbul davam edir. Tibb təhsili almaq istəyən insanlara tövsiyə edirik ki, bu universitetə müraciət etsinlər. Bu universitetə qəbul almaq üçün onlardan xidmət haqqı alınmır. Ümumiyyətlə türkiyənin özəl universitetlərinə qəbul üçün xidmət haqqı tələb etmirik. Hətta bəzi tələbələr tam təqaüdlü təhsil haqqı qazanır. Türkiyənin hər hansı bölgə universitetində illik 5-6 min dollar ödəyərək təhsil almaqdansa, paytaxt Ankarada təhsil almaq daha məsləhətlidir. Üstəlik də öz xəstəxanası olan universitetdə.

Türkiyədə tibb təhsili çox prespektiv vəd edir. Bildiyimiz kimi öz ölkəmizdə xəstəxanalarda güclü heyəti uzmanlar təşkil edir. Biz özümüz xəstəxanaya müraciət zamanı uzman həkimlərə üstünlük veririk. Bu bir daha ölkəmizdə türk təhsilinin önəmini gündəmə gətirir və insanlar seçim edən zaman bunu nəzərə alsalar, daha məqsədə uyğun olar”. Əgər siz də övladınızın gələcəkdə peşakar uzman həkim olmasını istəyirsinizsə indidən doğru seçim etmək lazımdır.

Qeyd edək ki, şirkətin onlayn müraciət sistemi var. Tələbələr bu studyinturkey.ist ünvandan universitetlərə online müraciət edib qəbul ola bilərlər.

Mob:+994555559119

0