Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoruna yeni müavin təyin edilib.
HİT.az-ın məlumatına görə, bu vəzifə Hüseyn Mehdiyə həvalə edilib.
Qeyd edək ki, 1993-cü il təvəllüdlü H.Mehdi bu təyinata qədər, yəni 2021-2023-cü illərdə Aqrar İnnovasiya Mərkəzinin “Layihələrin idarəedilməsi” şöbəsinin müdiri vəzifələrində çalışıb.