Avtobusa minən bu şəxslər PUL ALACAQLAR - VİDEO

İQTİSADİYYAT
19:52 / 29.05.2023
471

Ölkədə bundan sonra sərnişin avtobusları sənişinlərin fərdi qəza sığortası olmadan texniki baxışa buraxılmayacaq.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti qərara dəyişilik edib.

İcbari sığorta müqaviləsinin olub-olmaması elektron informasiya sistemi tərəfindən yoxlanılacaq.

Mütəxəssislər hesab edir ki, son dəyişiklikdən sonra sərnişinlərin fərdi qəza sığortasından yayınmaq mümkün olmayacaq. Bu sığorta növü sürücüləri daha məsuliyyətli davranmağa sövq edəcək. Zərərçəkmiş sərnişinlər isə bunun müqabilində kompensasiya alacaqlar.

Ətraflı ATV-nin hazırladığı videomaterialda izləyə bilərsiniz:

0