Əməkdar artist Elxan Qasımov dəfn olunub.
BAKU.WS xəbər verir ki, mərhum Xırdalan qəbiristanlığında oğlunun məzarının yanında torpağa tapşırılıb.
Xatırladaq ki, Elxan Məmməd oğlu Qasımov 1945-ci il aprelin 24-də Naxçıvanda anadan olub. “Əhməd haradadır” filmindən “sürücü Əhməd” kimi tanınan E.Qasımov 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyirdi. Bədii, sənədli filmlərin, “Mozalan” süjetlərinin müəllifidir.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə “Azərbaycanın Əməkdar artisti” fəxri adına layiq görülüb.
11:32
Ötən gün vəfat edən tanınmış kinorejissor, Əməkdar artist Elxan Qasımovun dəfn yeri bəlli olub.
HİT.az xəbər verir ki, bu barədə yaxınları İTV-yə danışıb. Qeyd edilib ki, vida mərasiminin isə bu gün saat 11:00-da “Azərbaycanfilm” kinostudiyasının həyətində olacağı bildirilir.
Əməkdar artist Xırdalanda oğlu Samir Qasımovun məzarının yanında dəfn ediləcək.
Xatırladaq ki, aktyor, rejissor Samir Qasımov 2005-ci ildə ağır avtomobil qəzası zamanı dünyasını dəyişib.