"Görünür Razi Əliyevada maddi məqamlar olub, ona görə şiddətə susub"

HADİSƏ
13:40 / 31.05.2023
716

“Zorakılıq şəxsiyyətə qarşı cinayətdir”.

Bunu HİT.az-a açıqlamasında “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova "Miss Azerbaijan 2017"nin qalibi Raziyyat Əliyevanın sevgilisi Ziya adlı şəxs tərəfindən şiddətə məruz qalmasının səbəblərindən danışarkən deyib.

Sədr hesab edir ki, qarşı tərəf zorakılığın ilkin mərhələlərində susub:

“Zorakılığın ilkin başlanma dövrü olur. Həmin mərhələdə qadınlar hansısa məsələlərə görə güzəşt edirlər. Bəziləri mentalitet, bəziləri madiyyata görə. Bu güzəştlər sonradan daha şiddətli formaya gətirib çıxardır. Əgər ilkin mərhələdə, yəni zorakılığın başlanması zamanında buna son qoyulmasına cəhd edirlərsə, bu dərinləşmir. Problem ondadır ki, əksər qadınlar ilkin mərhələdə susur. Bəziləri bunu mentalitet kimi qəbul edir, hesab edir ki, ənənədir. Düşünür ki, nə vaxtsa düzələcək və zamanla kişi ona dəyər verəcək”.

Mehriban Zeynalova zorakılıqda dəyər sisteminin olmadığını vurğulayıb:

“Bu xanımda görünür maddi məqamlar olub, buna görə güzəşt edib. Belə bir düşüncə tərzi də var ki, sevir, sevdiyi üçün döyür. Sevir qısqanır, keçib kedəcək, zorakılıq şəxsiyyətə qarşı cinayətdir. Kişi də hesab ki, hakimiyyət əlindədir və yeri gələndə ondan istədiyi kimi istifadə edəcək”.

Qeyd edək ki, "Miss Azerbaijan 2017"nin qalibi Raziyyat Əliyeva (Razi Əliyeva) polisə müraciət edib. Buna səbəb bloger-modelin illərdir sevgili olduğu Ziya adlı şəxs tərəfindən şiddətə məruz qalmasıdır.

Azra

0