Bu iş elanlarına QƏTİYYƏN İNANMAYIN - Əks təqdirdə şəxsi məlumatlarınız... - VİDEO

İQTİSADİYYAT
17:42 / 31.05.2023
443

Telefonlara saxta iş elanları göndərərək şəxsi məlumatları ələ keçirməyə çalışırlar.

Son günlər vətəndaşlar yeni kiberhücumlarla üz-üzə qalıb. Belə ki, insanlara həm yerli, həm də xarici mobil nömrələrdən və sosial şəbəkələrdən cəlbedici iş elanları gəlir.

İnformasiya kommunikasiya texnologiyaları üzrə mütəxəssis Pərvin Əsədov “Xəzər Ertəsi”nə bildirir ki, belə elanlarda daha çox şəxsiyyətinin fin kodu və bank kartının məlumatları istənilir.

Vətəndaşların əlaqə vasitələri isə daha çox tədadüfi seçmə üsulu ilə əldə edilir.
Pərvin Əsədov belə hallarla qarşılaşan vətəndaşlara Dövlət təhlükəsizlik xidmətinə məlumat verməyi tövsiyə edir.

0