“Ailə Park” QSC-nin direktoru Hüseyn Mədətovun barəsindəki hökmdən Ali Məhkəməyə kassasiya şikayəti verib.
Hit.az xəbər verir ki, onun şikayətin hakim Hafiz Nəsibovun sədrliyi ilə baxılacaq.
“Ailə Park” QSC-nin direktoru Mədətov Hüseyn Emin oğlu Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham olunub.
İttihama görə, o, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən istifadəyə yararsız evlərin sökülərək yerində çoxmərtəbəli “Whitestone Towers” yaşayış kompleksinin inşası aparılarkən cəmiyyətin işçiləri tərəfindən aparılan söküntü işlərinə lazımı qaydada nəzarət etməyib və müvafiq tapşırıqlar verməyib.
Qeyd olunan yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasının təmin etməməsi və sökülmələrinin qarşısını almaması nəticəsində 2022-ci ildə 4 vətəndaşa məxsus xüsusi mülkəyyətlərində olan əmlaklar sökülüb və həmin vaxt orada olan əşyalar məhv olunub. Nəticədə zərərçəkmiş şəxslərə ümumilikdə 728 893 manat dəyərində ziyan dəyib.
Vətəndaşların şikayəti əsasında saxlanılan şirkət direktoru barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbir seçilib. Zərçəkmiş qismində, Ağayev Qiyas Valeh oğlu, Mustafayev Əzizağa Sabir oğlu, Ağayev Kamal Valeh oğlu, Məmmədov Mübariz Oruc oğlu tanınıb.
Anar