Bu ölkələrdə bəzən aylarla günəş batmır - SİYAHI

MARAQLI
20:50 / 01.06.2023
684

Azərbaycan günlər və fəsillər baxımından kifayət qədər balanslı coğrafi zonada yerləşir. Lakin bəzi ölkələr bu vəziyyətdən bir qədər kənardadır. O qədər ki, onların bir çoxunda aylarla günəş ya batmır, ya da heç doğmur.

HİT.az həmin ölkələrin siyahısını təqdim edir.

İslandiya - Mayın 10-dan iyulun sonuna qədər İslandiyada günəş heç vaxt batmır.

Norveç - Gecəyarısı Günəş ölkəsi kimi də tanınan Norveç 76 gün ərzində heç vaxt qürub görmür. Parlaq günəş işığı gündə təxminən 20 saat bütün ərazini əhatə edir. Aprelin 10-dan avqustun 23-dək Avropanın ən şimal yaşayış məntəqəsi olan Norveçin Svalbard şəhərində günəş fasiləsiz olaraq parlayır.

Borrov, Alyaska - Alyaskada günəş mayın sonu ilə iyulun sonu arasında heç vaxt batmır.

İsveç - İsveçdə ilin yarısında günəş həmişə insanların başı üzərində olur. Mayın əvvəlindən avqustun sonuna qədər günəş gecə yarısı batır və səhər dörddə yenidən çıxır.

Finlandiya - Minlərlə göl və adalar ölkəsi olan Finlandiyanın əksər bölgələrində günəş 73 gün batmır. Nəticədə bu bölgələrdə insanlar daim günəş işığına məruz qaldıqları üçün yayda az, qışda isə daha çox yatırlar.

Nunavut, Kanada - Nunavut Kanadanın şimal-qərb bölgəsində yerləşir və təxminən iki ay fasiləsiz günəş işığı alır. Amma qışda bu bölgədə bir ay günəş çıxmır.

Samir

0