ABŞ məktəblərində müəllim problemi - İnflyasiya, maaş azlığı...

DÜNYA
14:02 / 01.06.2023
317

ABŞ-da məktəblərdə müəllim çatışmazlığı yaşanır. Məlum olub ki, pedaqoq çatışmazlığı müəllimlərin təqaüdə çıxması və ya işdən qovulması ilə deyil, pedaqoqların öz istəyi ilə bu peşəni tərk etməsi ilə bağlıdır.

HİT.Az xəbər verir ki, ABŞ Əmək Statistikaları Bürosunun paylaşdığı məlumatlara görə, mart ayında ibtidai təhsil müəssisələrində işdən çıxan  xalq təhsili işçilərinin təxminən yarısı könüllü olaraq peşəni tərk edib.

İbtidai, orta və orta ixtisas təhsili müəssisələrində çalışan müəllimlərin sayı son iki ildə işdən çıxmalarla əlaqədar kəskin şəkildə azalıb.

Son 20 ildə müəllimlərin əməkhaqlarının inflyasiya səviyyəsini keçmədiyi, müəllimlərin maaşlarının oxşar təhsil və təcrübə tələb edən alternativ peşə qrupları ilə müqayisədə aşağı olduğu vurğulanıb.

Həmçinin, mayın 22-də yayımlanan EdWeek/Merrimack College sorğusuna əsasən, müəllimlərin təxminən yarısı (45 faiz) cəmiyyət tərəfindən onlara hörmət edilmədiyini və ya peşəkar kimi baxılmadığını bildirib.

Müəllimlərin 35 faizi yaxın iki il ərzində müəllimliyi atıb başqa iş tapa biləcəklərini bildiriblər.

Əmək Statistikası Bürosunun məlumatına görə, mart ayında yeni işə qəbul olunmuş müəllimlər üçün vakansiya iki dəfədən çox artıb.

Milli Təhsil Assosiasiyasının (NEA) 2022-ci il sorğusuna əsasən, ABŞ müəllimlərinin yarısından çoxu COVID-19 pandemiyası səbəbindən erkən təqaüdə çıxma ehtimalının daha yüksək olduğunu bildirib.

Sorğu ispan, latın və qaradərili müəllimlərə gəlincə, bu faizin daha da yüksək olduğunu göstərib.

NEA-nın 2018-ci ildə apardığı sorğuya görə, ABŞ müəllimlərinin 60 faizindən çoxu məktəblərdə baş verən kütləvi atışmalardan narahat olduqlarını bildiriblər.

Təhsil Assosiasiyasının araşdırması göstərir ki, ABŞ-da 2020-2021-ci tədris ili üçün orta sinif müəllimi maaşı hər illik 65.000 dollardan bir qədər artıqdır, Florida, Cənubi Dakota və Missisipi kimi ştatlarda isə bu rəqəm 50.000-ə düşüb. York, Kaliforniya və Massaçusetsdə isə 85.000 dolları keçib.

Samir

0